Türkiyəfə hoteldə yanğın: 10 ölü, 32 yaralı

Dünya

21.01.2025 10:51

Boluda Kartalkaya xizək mərkəzinin hotelində yanğın baş verib. 

TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Yanğın təxminən 234 qonağın qaldığı hotelin restoranında başlayıb. 

Yanğın nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 32-yə çatıb. 

Yanğın səbəbi ilə hoteldə qalanlar təxliyə edilib.

Yanğın nəzarət altına alınıb. 

Nicat Osman

tag: Türkiyə,Hotel,Yanğın,Təxliyə,Todaypress.az,