Türkiyədən Yunanıstana qanunsuz miqrant daşıyan qayıq batdı

Dünya

28.11.2024 13:52

Türkiyədən Yunanıstana keçməyə çalışan qanunsuz miqrantların olduğu qayıq Ege dənizində Samos adası sahillərində batıb.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV-i Yunanıstanın dövlət televiziyasına istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ikisi qadın, ikisi uşaq olmaqla dörd nəfər ölüb. Onların cəsədləri tapılıb. Daha 16 nəfər isə xilas edilib.

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, daha əvvəl Samos adası sahillərində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 8 nəfər ölmüşdü.

tag: Türkiyə, Yunanıstan, Miqrant, Qanunsuz,Xilasetmə, todaypress.az,