Türkiyədən qayıdan suriyalıların sayı açıqlandı
Dünya
31.12.2024 09:28
Bəşər Əsəd hakimiyyətdən getdikdən sonra Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayı açıqlanıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "NTV" kanalının efirində deyib.
O, bildirib ki, son 21 gündə 35 min 114 suriyalı Türkiyədən ölkəsinə qayıdıb.
Nazirin sözlərinə görə, hər gün 1 700-ə yaxın qaçqın Suriyaya qayıdır: "İndi qayıdış daha çox Hələb şəhərinədir".
tag: Bəşər Əsəd,Türkiyə,Ali Yerlikaya,Nazir,Hələb ,todaypress.az,