Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş etdi
Dünya
30.10.2024 09:41
Türkiyədən Pakistana uçan təyyarə sərnişinin ölməsi səbəbindən Bakıya məcburi eniş edib.
TodayPress xəbər verir ki, Türkiyənin İstanbul şəhərindən Pakistanın Lahor şəhərinə uçan təyyarədə sərnişin qismində olan 1951-ci il təvəllüdlü Pakistan vətəndaşı Parveen Nusraatın ölməsi səbəbindən hava gəmisi Heydər Əliyev adına Beynəlxalq Hava Limanına məcburi eniş edib.
Hazırda faktla bağlı araşdırma aparılır.
tag: Türkiyə, Pakistan, Təyyarə, Sərnişin, Lahor,todaypress.az,