Türkiyədəki hotel yanğınında daha 76 nəfər öldü
Dünya
21.01.2025 23:49
Türkiyənin Bolu vilayətində yerləşən
Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında ölənlərin sayı artıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin
daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 76 nəfər ölüb:
“Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin
meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər
saxlanılıb”.
Qeyd edək ki, yanğınla bağlı Türkiyədə birgünlük matəm
elan edilib.
tag: Hotel, Yanğın, Matəm, Türkiyə, Ölüm, todaypress.az,