Türkiyədə zəlzələdən sonra afterşoklar davam edir

Dünya

23.04.2025 20:20

9

Türkiyənin İstanbul şəhərində baş verən silsilə zəlzələdən sonra hələ də afterşoklar müşahidə olunur.

TodayPress “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, saat 17:55-də (Bakı vaxtı ilə 18:55-də) 3,5 maqnitudalı daha bir afterşok baş verib. Zəlzələnin ocağı 14,58 kilometr dərinlikdə yerləşib

tag: Türkiyə, Zəlzələ, Afterşok, AFAD, todaypress.az,