Türkiyədə zəlzələdən dəyən zərər qiymətləndirilir
Türkiyə rəsmiləri İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra bölgəyə dəyən ziyanın qiymətləndirilməsinə başlayıb.
TodayPress xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Qeyd edək ki, İstanbulun Silivri sahillərində baş verən zəlzələ 10 saniyə davam edib və güclü panikaya səbəb olub.
Hadisədən əvvəl bölgədə 3,9 bal gücündə ilk təkan qeydə alınıb. AFAD yeraltı təkanların qeydə alındığını təsdiqləyib.
Son məlumatlara görə, tələfat və ciddi dağıntılar barədə məlumat yoxdur, lakin qiymətləndirmə işləri davam etdirilir.
Türkan İsgəndərli
tag: Türkiyə,İstanbul,Zəlzələ,Araşdırma,Todaypress.az,