Türkiyədə zəlzələ oldu
Türkiyənin Malatya bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib.
Bildirilib ki, yerin 14,27 kilometr dərinliyində qeydə alınan zəlzələnin episentri Malatyanın Yeşilyurt rayonu olub və ətraf ərazilərdə də hiss edilib. Təbbi fəlakətlə bağlı 3 müraciət daxil olub. Lakin heç bir mənfi hal qeydə alınmayıb.
Töhfə Səməd
tag: Türkiyə, Zəlzələ, Malatya, Yeşilyurt Rayonu, Təbii Fəlakət, todaypress.az,