Türkiyədə zəlzələ oldu

Dünya

06.10.2024 17:45

Türkiyənin Çanaqqala şəhərinin sahilində 4,2 maqnitudalı zəlzələ olub.

TodayPress xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Ayvacık rayonundan 52,08 km məsafədə - Egey dənizində qeydə alınıb. Zəlzələnin ocağı 24,16 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə hələ ki, məlumat verilməyib, sunami təhlükəsi isə elan olunmayıb.


tag: Türkiyə, Zəlzələ, Dağıntı, Təlafat, todaypress.az,