Türkiyədə zəlzələ: 100-ə yaxın şəxs xəsarət aldı - YENİLƏNDİ
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində
94 nəfər yaralanıb.
TodayPress Türkiyə KİV-inə istinadən
xəbər verir ki, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.
Onun sözlərinə görə, yeraltı təkanlar
zamanı eyni zamanda iki bina ziyan görüb.
Zəlzələ ilə əlaqədar ölkənin Malatya,
Elazığ, Şanlıurfa, Batman ve Adıyaman vilayətlərində tədris prosesi bir günlük
dayandırılıb.
Ölkənin daxili işlər naziri Ali
Yerlikayanın sözlərinə görə, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər
birində bir bina qismən çöküb. Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ
ki yoxdur.
***
12.45
Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub.
TodayPress xəbər verir ki, bu barədə
ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Malatya vilayətində qeydə
alınıb. Təhsil müəssisələrində tədris birgünlük dayandırılıb. Şəhər valisi
Seddar Yavuz deyib ki, təbii fəlakətin nəticəsi olaraq mənfi məlumat hələ ki
yoxdur.
Təbii fəlakət ətraf ərazilərdə də
hiss edilib.
tag: Türkiyə ,Zəlzələ ,Malatya ,Tədris ,Fövqəladə Halların İdarə Olunması Agentliyi ,todaypress.az,