Türkiyədə zavodda partlayış oldu, ölən və yaralananlar var - FOTO
Dünya
24.12.2024 11:30
Türkiyənin Balıkəsir əyalətinin Karesi rayonunda partlayıcı maddə istehsal edən zavodda partlayış baş verib.
TodayPress xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.
Qeyd edək ki, partlayış naməlum səbəbdən baş verib. Hadisədən sonra bölgəyə çoxlu 112 Təcili Tibbi Yardım və yanğınsöndürmə briqadası göndərilib.
"Partlayıcı istehsal müəssisəsində partlayış oldu. Fabrikin kapsul istehsalı hissəsində baş verən partlayışdan sonra bina çökdü. Hazırda bütün qruplarımız buradadır" deyə Balıkəsir valisi İsmayıl Ustaoğlu bildirib.
Ustaoğlu əlavə edib ki, içəridə neçə nəfərin olduğunu müəyyən etmək üçün işlər davam edir.
Töhfə Səməd
tag: Türkiyə, Zavod, Partlayış, Ölüm ,todaypress.az,
![photo](/uploads/news/676a62dd73ffd.jpg)