Türkiyədə yaşayış binasında güclü partlayış: 10 nəfər yaralandı
Dünya
29.12.2024 01:03
Türkiyənin Kocaeli vilayətində yaşayış binasında güclü partlayış baş
verib.
TodayPress “Anadolu” agentliyinə istinadən bildirir ki, hadisəyə səbəb qaz sızması olub.
Məlumata görə, partlayış nəticəsində 10 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda xilasetmə, səhiyyə və polis qrupları cəlb
olunub.
Faktla bağlı araşdırılma aparılır.
Aynur TAC
tag: Türkiyə, Partlayış, Qaz, Sızma, Polis, todaypress.az,