Türkiyədə terror əməliyyatı: 58 nəfər saxlanıldı
Dünya
13.06.2024 10:51
Türkiyənin 16 vilayətində separatçı terror təşkilatına qarşı keçirilən "Bozdoğan-42" əməliyyatlarında 58 nəfər şübhəli şəxs saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şübhəlilərin keçmişdə separatçı terror təşkilatı tərkibində fəaliyyət göstərdikləri, terror təşkilatı adından əməkdaşlıq etdikləri, separatçı terror təşkilatının təbliğatını apardıqları, qanunsuz yürüş və nümayişlərdə iştirak etdikləri, təhlükəsizlik qüvvələrinə molotof kokteyli ilə hücum etdikləri iddia edilib.
Onların təşkilata fəaliyyət göstərərək maliyyə dəstəyi verdiyi və qəti həbs cəzası ilə axtarışda olduqları müəyyən edilib.
Günəş Mərd
tag: Türkiyə, Dünya, Seperatçı, Məlumat, Daxili İşlər Nazirliyi,todaypress.az,