Türkiyədə təbii fəlakət həyatı iflic etdi
Türkiyənin Ərzurum və Qars bölgələrində sel nəticəsində evlərə ziyan dəyib, Trabzonda isə leysan yağışı daşqınlara səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.
Təbii fəlakət əkin sahələrinə və bəzi meyvə bağlarına ciddi ziyan vurub.
İnsanları xilas etmək mümkün olsa da, bir çox kəndlinin mal-qarasını sel aparıb. Səlahiyyətli şəxslər bölgədə dəyən ziyanın müəyyənləşdirilməsi işlərinə başlayıb.
Töhfə Səməd
tag: Təbii Fəlakət, Qars, Türkiyə,Ərzurum, Ziyan, todaypress.az,