Türkiyədə Suriya vətəndaşı 4 dostunu güllələdi

Dünya

16.06.2024 18:18

Qaziantepdə suriya vətəndaşı gecə saatlarında türk vətəndaşı  olan 4 dostunu qətlə yetirib.

TodayPress Milliyyət-ə istinadla xəbər verir ki, 33 yaşlı Mustafa Hıdır gecə saatlarında 4 nəfəri öldürərək intihar edib. Hıdır və silahlı basqın nəticəsində dünyasını dəyişən 4 nəfərin cəsədi yarıldıqdan sonra yaxınlarına təhvil verilib.

Yaxınları mərhumla Mustafa Hıdırın dost olduğunu bildiriblər. Hücum zamanı yüngül xəsarətlərlə xilas olan Munir Elhusi qan donduran cinayətin təffərrüatlarını danışıb. O, Mustafa Hıdırın gün ərzində naməlum səbəbdən bəzi dostları ilə mübahisə etdiyini və mübahisə zəminində dostlarından birinin başından tapança ilə güllələyərək öldürdüyünü deyib. İlk cinayəti törədən Mustafa başqa bir məhəllədə yaşayan digər 3 dostunun evinə gələrək onları da güllələdikdən sonra eyni silahla intihar edib.

GÜNEL  

 

tag: Türkiyə, Suriya vətəndaşı, Silahlı basqın,Cinayət, todaypress.az,