Türkiyədə qırmızı kateqoriyalı terrorçu zərərsizləşdirildi

Dünya

14.08.2024 21:32

2014

Türkiyədə 29 nəfərin şəhid olduğu, 16 terror hadisəsində şəxsən iştirak edən terrorçu zərərizləşdirilib.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya, sosial media hesabında paylaşım edib.

Məlumata görə, qırmızı kateqoriyada axtarılan PKK-nın “Bervar” kod adlı terrorçusu Seyran Çomak Ağrıda 16 terror hadisəsində şəxsən iştirak edib.

Daxili İşlər Naziri açıqlamasında qeyd edib ki, terrorçulara qarşı qətiyyətli addım atılır.

Aytac Müşfiq

tag: Türkiyə,Terror,Bervar,todaypress.az,PKK,