Türkiyədə qeyri-qanuni miqrantlar saxlanıldı

Dünya

13.07.2024 10:10

Türkiyə sahillərində 108 qeyri-qanuni miqrant və insan qaçaqçılığı ilə məşğul olan 3 şübhəli saxlanılıb.

TodayPress xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Rezin və yelkənli qayıqlar vasitəsilə qanunsuz yollarla Türkiyədən başqa ölkəyə keçməyə çalışan bu insanlardan 8-i azyaşlıdır.

Əcnəbilərdən ibarət bu, 108 nəfərlik qrup Türkiyənin Miqrasiya İdarəsinə təhvil verilib.

Töhfə Səməd

tag: Türkiyə, Miqrant, Qanunsuz, Əcnəbilər, Miqrasiya, todaypress.az,