Türkiyədə Olimpiya çempionlarına qızıl sikkələr veriləcək
Dünya
03.08.2024 06:47
Türkiyə mətbuatı “Paris-2024”
Olimpiya Oyunlarının qaliblərinə ölkələrin verdiyi mükafatlar arasında paralellər
aparıb.
TodayPress xəbər
verir ki, Türkiyə yığmasından Olimpiadada qızıl medal qazanan idmançıların hər
birinə rəsmi olaraq min ədəd Türkiyə Respublikasının qızıl sikkəsi veriləcək.
Mükafatın ümumi bazar dəyəri 17,5 milyon türk lirəsi və ya təxminən 530 min ABŞ
dollarıdır.
Gümüş Olimpiya medalı
idmançıya ümumi dəyəri 10,5 milyon türk lirəsi və ya 315 min dollar olan 600
qızıl sikkə qazandıracaq.
Nəhayət, bürünc medalı qazanan
300 qızıl sikkə alacaq (5,3 milyon türk lirəsi və ya təxminən 158 min dollar).
“NTV” telekanalı Parisdən
hazırladığı reportajda bildirib ki, Almaniyadan Olimpiya qızıl medallarının
sahibləri rəsmi olaraq 22 min ABŞ dolları alırlar. Polşada Olimpiya qızılına
görə 25 min dollar, Cənubi Koreyada 45 min dollar, İspaniyada 102 min dollar,
İndoneziyada 300 min dollar, ABŞ-də 38 min dollar ödənilir.
Türkiyəni Paris Olimpiadasında
54-ü qadın olmaqla 101 idmançı təqdim edir.
Avqustun 2-nə olan məlumata
görə, Türkiyə komandasının aktivində bir gümüş və bir bürünc medal var.
tag: Türkiyə, Paris-2024, Olimpiya,Qızıl sikkə, todaypress.az,