Türkiyədə minimum pensiya 15,75 % artırıldı
Dünya
31.01.2025 02:56
Türkiyədə minimum pensiya 15,75 % artaraq
14 469 (687 AZN) lirə təşkil edəcək.
TodayPress
Məlumata görə, qəbul edilmiş sənəddə doqquz bənd var ki,
bunlardan biri minimum pensiyanın artırılmasını nəzərdə tutur. Dəyişikliklər
nəticəsində cari ildən minimum pensiya məbləği 12 500 lirədən 14 469 lirəyə
qədər, yəni 15,75% artacaq.
Bundan başqa, tənzimləmə ilə 2016-cı ildən tətbiq edilən
işəgötürənlərə maliyyə dəstəyi davam etdiriləcək. 2025-ci ildə hər işçi üçün
subsidiya məbləği 1 000 lirə təşkil edəcək. Bu tədbir məşğulluğun qorunmasına
və rəsmi işə götürülmənin dəstəklənməsinə yönəlib.
tag: Türkiyə, Pensiya, Mİllət Məclisi,Lirə, M,Məşğulluq, todaypress.az,