Türkiyədə minimum əmək haqqı artırıldı
Dünya
25.12.2024 01:44
2025-ci ilin yanvarın 1-dən Türkiyədə minimum əmək haqqı xalis
22 min 104 lirə olacaq.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin əmək və sosial müdafiə naziri
Vedat İşıqhan
açıqlama verib.
O bildirib ki, yeni
qanunla minimum əmək haqqı dövlət tərəfindən işəgötürənlərə verilən
minimum dəstəyi isə 700 lirədən 1000 lirəyə qaldırılıb.
Cari ilin sentyabrın 19-da Türkiyə Mərkəzi Bankı
iclasdan sonra əsas faiz dərəcəsini illik 50% səviyyəsində saxlamaq qərarına
gəlib.
Avqustun sonunda Türkiyədə
inflyasiya illik 51,97% təşkil edib, ölkənin birjasında itkilər dünyada ən
böyük itkiyə çevrilib , lirənin məzənnəsi tarixi minimuma düşüb.
Aynur TAC
tag: Valyuta, Türkiyə, İnfiliyasiya,Minimum Əməh Haqqı, Vedat İşıqhan, todaypress.az,