Türkiyədə mikroavtobusların toqquşmasında 30 nəfər xəsarət aldı
Dünya
02.01.2025 04:23
Türkiyənin şərqində yerləşən Qars
vilayətində mikroavtobusların iştirakı ilə baş vermiş yol qəzasında azı 27
nəfər xəsarət alıb.
TodayPress xəbər verir ki, bu barədə DHA bildirib.
Agentliyin məlumatına görə, qəza axşam saatlarında yol
kəsişməsində baş verib. Sərnişinlərlə dolu olan bir nəqliyyat vasitəsi
Sarıkamış şəhərinə, digəri isə Kağızmana gedirmiş.
Hadisə yerinə təcili yardım xidmətinin əməkdaşları gəlib.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.
tag: Türkiyə, Qəza, Avtobus, Xəsarət, Yaralı,todaypress.az,