Türkiyədə meymunçiçəyi ilə bağlı xəbərdarlıq edildi

Dünya

19.08.2024 20:00

Türkiyə Səhiyyə Nazirliyi meymunçiçəyi xəstəliyi ilə bağlı xəbərdarlıq edib.

TodayPress bu barədə türk KİV-lərinə istinadən xəbər verib.

Məlumata görə, meymunçiçəyi birbaşa təmas yolu ilə bir şəxsdən digərinə keçə bilər.

“Dəri tamamilə təmizlənməyib və dəyişilməyibsə, xəstəlik bir şəxsdən digərinə keçə bilər. Bəzi xəstələr hətta simptomlar məlum olmazdan 1-4 gün əvvəl meymunçiçəyini yoluxdura bilərlər” deyə məlumatda qeyd olunub.

Eyni zamanda vurğulanıb ki, meymunçiçəyi heyvandan da insana keçə bilər.

Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-nin son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 min 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.

tag: Türkiyə, Meymunçiçəyi, Virus,Türkiyə Səhiyyə Nazirliyi,Afrika İttifaqının Səhiyyə Xidməti , todaypress.az,