Türkiyədə meşə yanır
Dünya
07.07.2024 17:31
Türkiyənin
Antalya bölgəsində meşə yanğını başlayıb.
TodayPress
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Aksu rayonunda Murtuna məhəlləsi
yaxınlarında çıxan yanğının səbəbi bilinmir.
Küləyin
təsiri ilə yanğın qısa müddətdə tarlalara, meyvə bağlarına və bölgədəki meşəyə
yayılıb.
Yanğına
3 helikopter, 2 təyyarə, 4 yanğınsöndürmə maşını ilə müdaxilə edilir.
İlkin
məlumata görə, 2 prefabrik evə, 8 tarlaya, bəzi zeytun və üzüm bağlarına ziyan
dəyib.
Yanğınsöndürənlər
yanğının nəzarət altına alınmasına çalışırlar.
tag: Türkiyə, Antalya, Meşə,Yanğın,Helikopter,Təyyarə,Yanğınsöndürən,todaypress.az,