Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər saxlanıldı, daha 3-ü axtarışa verildi
Türkiyə hakimiyyət orqanları ölkənin şimal-qərb və qərb bölgələrinin böyük bir hissəsini əhatə edən meşə yanğınlarının səbəbini araşdırır.
TodayPress xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç "X"dəki paylaşımında yazıb.
Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı isə deyib ki, İzmir də daxil olmaqla yanğınla bağlı aparılan araşdırmalar çərçivəsində 6 nəfər saxlanılıb, daha 3 nəfər axtarışa verilib.
Ümumilikdə Türkiyənin cənub, qərb və şimal-qərbində yerləşən İzmir, Aydın, Muğla, Manisa və Bolu vilayətlərində baş verən meşə yanğınlarının söndürülməsinə 4,7 mindən çox insan, 1,2 min yerüstü texnika və 90 təyyarə cəlb olunub. Ehtiyat tədbiri olaraq yanğın bölgələrindən 3,6 minə yaxın insan təxliyə edilib.
tag: Türkiyə, Yumaklı, İzmir, Muğla, Manisa, Yanğın, todaypress.az,