Türkiyədə meşə yanğınları davam edir
Dünya
18.08.2024 14:09
Türkiyənin
İzmir, Aydın, Bolu, Manisa, Karabük və Uşak vilayətlərində üç gündür ki, meşə
yanğınları davam edir.
TodayPress
xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb.
Ölkənin
12,5 milyon hektar meşə sahəsi yanğın təhlükəsi altındadır. Yanğınlara qarşı
mübarizə davam edir.
Hadisənin
baş verməsinə səbəb insan faktorudur. Belə ki, artıq yanğınlarla bağlı yeddi nəfər
saxlanılıb, onlardan ikisi həbs edilib. Yanğın bölgələrindən indiyədək 3971 nəfər
təxliyə olunub.
Töhfə
Səməd
tag: Türkiyə,Yanğın,İzmir,Aydın,Bolu,Manisa,Karabük,Uşak,todaypress.az,