Türkiyədə məktəb avtobusu aşdı: 8 uşaq yaralandı
Dünya
02.01.2025 13:28
Türkiyədə məktəbli avtobusu yol-nəqliyyat hadisəsi törədib.
TodayPress Türkiyə mediasına istinadən məlumat verir ki, hadisə Diyarbakırın Sur mahalında baş verib.
İdarəetməni itirən sürücü avtobusu yoldan çıxararaq əkin sahəsinə aşırıb.
Qeyd olunub ki, qəza nəticəsində sürücü və 8 şagird xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara göndərilib.
Günəş Mərd
tag: Türkiyə, Qəza, Avtobus, Yaralanma, todaypress.az,