Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 50-dən çox şəxs saxlanıldı

Dünya

26.11.2024 13:40

Türkiyə xüsusi xidmət orqanları "İslam Dövləti" terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 54 nəfəri saxlayıb.

TodayPress xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində yazıb.

"18 vilayətdə İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyatlar çərçivəsində 54 nəfər yaxalanıb. Prokurorluq tərəfindən saxlanılanlarla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə 20 nəfər həbs edilib. Digər əməliyyatlar davam edir" deyə o, bildirib.

Qeyd edək ki, il ərzində İŞİD-lə əlaqədə şübhəli bilinən 3 mindən çox şəxs saxlanılıb.

tag: Türkiyə, İŞİD, Terror, DİN, Ali Yerlikaya, todaypress.az,