Türkiyədə İŞİD əməliyyatı: 46 nəfər saxlanıldı
Dünya
31.01.2025 23:27
Türkiyənin İstanbul və Diyarbəkir
vilayətlərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
TodayPress xəbər verir ki, bu barədə “Habertürk”
məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində 46 nəfər şübhəli
qismində saxlanılıb.
Onlardan 40-ı həbs vəsatəti ilə məhkəməyə göndərilib.
Şübhəlilərin evlərində aparılan axtarış tədbirləri
nəticəsində iki sənədsiz tapança, bir tüfəng, çoxlu rəqəmsal material, sənədlər
və qadağan olunmuş nəşrlər müsadirə edilib.
tag: İŞİD, Terror, İstanbul, Türkiyə, Həbs, todaypress.az,