Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 13 nəfər saxlanıldı
Türkiyənin İzmir şəhərində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 13 nəfər saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə İzmir Baş Prokurorluğu məlumat yayıb.
Prokurorluğun açıqlamasına görə, 15 nəfər barəsində – onların 12-si Suriya vətəndaşıdır – həbs qərarı verilib.
Saxlanılanların İŞİD-lə əlaqələri, sosial media vasitəsilə terror təbliğatı yaymaları və təşkilat üçün maliyyə toplama fəaliyyətində iştirak etdikləri müəyyən olunub.
Əməliyyat çərçivəsində İzmirin müxtəlif ünvanlarında eyni vaxtda reydlər keçirilib, nəticədə 13 şübhəli şəxs tutulub, qalan şəxslərin axtarışı isə davam edir.
Axtarışlar zamanı hüquq-mühafizə orqanları 1,36 milyon türk lirəsi (təxminən 35,545 ABŞ dolları), müəyyən miqdarda qızıl və müxtəlif rəqəmsal materiallar aşkarlayıb və müsadirə edib.
Töhfə Səməd
tag: Türkiyə,İŞİD,Əməliyyat,Zərbə,Todaypress.az,