Türkiyədə “İnstagram”a giriş bloklandı
Dünya
02.08.2024 09:33
Türkiyədə “İnstagram” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.
TodayPress xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.
Bu gün səhər saatlarından başlayaraq istifadəçilər platformaya daxil olmaqda çətinlik çəkiblər.
İnformasiya Texnologiyaları və Rabitə Qurumunun qərarı ilə tətbiq edilən giriş qadağasının nə üçün tətbiq edildiyi və bunun nə qədər davam edəcəyi ilə bağlı açıqlama verilməyib. Giriş qadağası ilə bağlı məlumat qurumun saytında yer alıb.
Töhfə Səməd
tag: Türkiyə, İnstagram, İnformasiya, Platforma, Sosial Şəbəkə, todaypress.az,