Türkiyədə iki qohum Atatürkün heykəlinə balta ilə hücum etdi

Dünya

18.06.2024 00:04

Türkiyənin Kayseri şəhərində 2 nəfər Mustafa Kamal Atatürkün heykəlinə balta ilə hücum edib.

TodayPress CNN-Türk-ə istinadla xəbər verir ki, naməlum şəxslər Kayseri şəhərinin Kocasinan səmtindəki Cümhuriyyət Meydanında Ataürk abidəsinə balta ilə hücum edib. Əllərindəki balta ilə abidəyə saysız zərbə endirən şəxslər polislər tərəfindən saxlanılıb. Provokatorların yaxın qohum olduqları məlum olub. Dindirldikdən sonra hər iki şəxs həbs olunub.

 GÜNEL

tag: Mustafa Kamal Atatürk, Türkiyə, Hücum, Kayseri, todaypress.az,