Türkiyədə iki mindən çox qaçaq silah ələ keçirildi

Dünya

28.09.2024 12:40

Türkiyənin 81 əyalətində silah qaçaqmalçılığı və sənədsiz silah gəzdirməyə qarşı “Mercek-26” adı altında keçirilən əməliyyat nəticəsində iki min 511 silah götürülüb, 2 min 310 şübhəli barəsində istintaq başlayıb.

TodayPress xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə səhifəsində bildirib.

Onun sözlərinə görə, əməliyyatlar nəticəsində 1271-i sənədsiz tapança, 534-ü boş tapança, 43-ü uzun lüləli, 663-ü sənədsiz ov tüfəngi olmaqla iki min 511 silah ələ keçirilib, 2 min 310 şübhəli ilə bağlı araşdırma aparılır.

Nazir bildirib ki, bu istiqamətdə əməliyyat davam edir.

tag: Türkiyə ,Silah, Qaçaqmalçılıq ,Əli Yerlikaya ,Əməliyyat ,todaypress.az,