Türkiyədə icazəsiz aksiyalarda həbs olunanların sayı açıqlandı
İstanbul Böyükşəhər Bələdiyyəsi haqqında başladılan
korrupsiya və terrorla bağlı araşdırmalardan sonra keçirilən icazəsiz
aksiyalarda indiyə kimi 1 879 nəfər saxlanılıb. Onlardan 260-ı həbs olunub.
TodayPress “CNN Türk”ə istinadən xəbər verir ki, bu
barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O bildirib ki, ölkədə əmin-amanlığa təhlükə yaradan
proses başlayıb: “Xalqımızın qardaşlığına qarşı təxribat törədildi.
Polislərimizə hücum edildi. Mənəvi dəyərlərimiz tapdalanıb. Ədalət məhkəmə
zalında olur, küçədə deyil”.
Nazir qeyd edib ki, heç bir təbliğat həqiqətin qarşısını
ala bilməz: “Türkiyə köklü demokratiyaya malik dövlətdir. Bizim demokratiya
anlayışımız xalqın iradəsinə əsaslanır. Silahsız və hücumsuz bütün aksiyalara
razıyıq. Bəs o daşlar, baltalar nədir?”.
tag: Türkiyə, Aksiya, Mitinq, Həbs, Məhkəmə, todaypress.az,