Türkiyədə hoteldəki yanğına görə iki məmur saxlanıldı
Dünya
22.01.2025 20:48
Türkiyədə Bolu vilayətinin bələdiyyə
sədrinin müavini və yerli yanğınsöndürmə xidmətinin rəis müavini 76 nəfərin
ölümü ilə nəticələnən hotel yanğınına görə saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə “TRT Haber”
telekanalı məlumat yayıb.
Məlumata görə, saxlanılma yanğınla bağlı aparılan
istintaq çərçivəsində həyata keçirilib. Daha əvvəl “Grand Kartal” hotelinin
sahibi də daxil olmaqla 9 nəfər saxlanılmışdı.
Xatırladaq ki, Kartalkaya dağ-xizək kurortunda yanğın
yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq
olub. Türkiyədə yanvarın 22-si milli matəm günü elan edilib.
tag: Türkiyə, Yanğın, Həbs, Məmur,Bələdiyyə, todaypress.az,