Türkiyədə hotel yanğının səbəbi məlum oldu
Dünya
27.01.2025 21:30
Türkiyənin Bolu vilayətindəki Kartalkaya
xizək kurortundakı hoteldə baş vermiş yanğının səbəbi məlum olub.
TodayPress “Haber7”ə istinadən xəbər verir ki, bu
barədə istintaq materiallarında qeyd olunub.
Bildirilir ki, hotelin mətbəxində səhər yeməyi
hazırlanarkən manqala tökülən yağ yanıb. Bundan sonra aşpazların yanğına səhv
müdaxiləsi, həmçinin suyu yanlış qaydada tökməsi nəticəsində alov genişlənərək
ətrafa yayılıb.
Xatırladaq ki, hadisə yanvarın 21-də gecə saatlarında baş
verib. Hoteldə ümumilikdə 238 qonaq olub.
Yanğın nəticəsində 79 nəfər ölüb, 50-yə yaxın şəxs
xəsarət alıb.
tag: Türkiyə, Yanğın, Bolu, Hotel, todaypress.az,