Türkiyədə hərbi helikopter qəzaya uğradı, 5 hərbçi öldü

Dünya

09.12.2024 12:51

2228

Türkiyənin İsparta əyalətinin Keçiborlu rayonunda hərbi helikopter yanacaqdoldurma məntəqəsinin yanında qəzaya uğrayıb.

TodayPress-in verdiyi xəbərə görə, bu barədə DHA məlumat yayıb.

Hadisə yerinə təcili yardım və xilasetmə briqadaları göndərilib.

İspartanın Bələdiyyə başqanı Şükrü Başdeğirmən faktı təsdiqləyib.

O, hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürən avtomobillərinin cəlb olunduğunu bildirib.

İsparta valisi Abdullah Erinin sözlərinə görə, qəza nəticəsində 5 hərbçi ölüb, bir nəfərin axtarışı davam edir. 

tag: Türkiyə, Qəza ,Helikopter ,Hərbi ,todaypress.az,