Türkiyədə güclü zəlzələ gözlənilir

Dünya

24.04.2025 11:30

6

2045-2075-ci illər arasında Türkiyədə 7-7,2 bal gücündə dağıdıcı zəlzələ ola bilər.   

TodayPress xəbər verir ki, türkiyəli seysmoloq Əhməd Ercan bu barədə sosial mediada bildirib. 

Ekspert aprelin 23-də İstanbulda baş verən zəlzələni “təlim məşqi” adlandırıb və vurğulayıb ki, Trakya bölgəsində daha güclü təkanlar baş verə bilər.

Onun sözlərinə görə, yeni zəlzələ eyni məkanda, təxminən 7-13 kilometr dərinlikdə və əvvəlkindən 22 dəfə güclü olacaq. 

Ercan qeyd edib ki, 1999-cu ildən sonra Türkiyədə tikilən binalar daha təhlükəsizdir. 

Türkan İsgəndərli

tag: Türkiyə,Zəlzələ,İstanbul,Trakya,Todaypress.az,