Türkiyədə geniş miqyaslı meşə yanğınları tüğyan edir

Dünya

11.07.2024 18:25

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir. 

TodayPress xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb. 

Ədirnənin Lalapaşa rayonunda Bolqarıstan sərhədində yerləşən Ömeroba kəndində meşəlik ərazidə yanğın baş verib.

Bölgəyə Ədirnə, Kırklareli, Çanaqqala və İstanbuldan yanğınsöndürən qruplar göndərilib. Komandalar 5 helikopter, 2 təyyarə, 8 su tankeri və 70 canlı qüvvə ilə hava və qurudan yanğına müdaxilə davam etdirilir. 

Vətəndaşlar traktorlarla küləş sahələrini şumlayaraq alovun yayılmasının qarşısını almağa çalışırlar.

Töhfə Səməd

tag: Türkiyə, Yanğın, Bolqarıstan, Çanaqqala, İstanbul, todaypress.az,