Türkiyədə daha bir terrorçu saxlanıldı

Dünya

06.10.2024 13:50

2144

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbə Müdirliyi tərəfindən İŞİD terror təşkilatının fəaliyyətinin üzə çıxarılması üçün əməliyyat təşkil edilib.

TodayPress xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Əməliyyat zamanı saxlanılan adı açıqlanmayan şəxsin terror təşkilatında bombaların hazırlanması ilə məşğul olduğu müəyyən edilib. Ədliyyə orqanları tərəfindən həbs edilən şəxs həbsxanaya göndərilib.

Cinayətkarın 34 yaşı olduğu bildirilir.

tag: İstanbul, Basqın, Polis, Araşdırma, todyapress.az,