Türkiyədə daha bir platformaya giriş bloklandı

Dünya

08.08.2024 14:55

Türkiyədə "Roblox" video oyununa giriş blokalanıb. 

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. 

Nə üçün bloklandığına dair rəsmi açıqlama verilməsə belə, oyunda LGBT və bənzəri fəaliyyətlərin və pedofilliyin təbliğ olunduğu bildirilir. Platforma valideynlərdən gələn şikayətlərdən sonra bloklanıb. 

Bir qrup siyasətçi bu qərarın əleyhinə çıxaraq, "Roblox"un açılmasını tələb ediblər. 

Qeyd edək ki, bugün "Instagram"ın açılması tələbi ilə CHP məhkəməyə müraciət edəcək.

Günəş Mərd

tag: Türkiyə, Roblox, İnstagram, CHP, Məhkəmə, todaypress.az,