Türkiyədə cinayətkar dəstənin üzvləri saxlanıldı
İstanbulun 4 vilayətində keçirilən “KUYU-15” əməliyyatlarında rəhbərlərinin xaricdən yönləndirdiyi mütəşəkkil cinayətkar dəstənin üzvləri olan 30 şübhəli şəxs saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər Naziri Ali Yerlikaya məlumat yayıb.
İlkin məlumatlara əsasən, əməliyyat zamanı 8 sənədsiz tapança, 2 sənədsiz tüfəng və çoxlu patron ələ keçirilib.
Töhfə Səməd
tag: Türkiyə, Cinayətkar, Daxili İşlər Naziri, Ali Yerlikaya, Əməliyyat, todaypress.az,