Türkiyədə birgünlük matəm elan edildi
Dünya
21.01.2025 20:25
Türkiyədə birgünlük matəm elan edilib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında
deyib.
O, Türkiyədə yanğın nəticəsində ölənlərin yaxınlarına
başsağlığı verib.
Ərdoğan, həmçinin qeyd edib ki, hadisənin baş verməsinə
səbəb olan şəxslər, o cümlədən işlərinə laqeyd yanaşanlar qanun qarşısında
cavab verəcəklər.
Xatırladaq ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya
xizək mərkəzində hoteldə yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb, 51
nəfər yaralanıb.
tag: Türkiyə, Yanğın, Matəm, Ərdoğan, todaypress.az,