Türkiyədə bina yandı, 11 nəfər tüstüdən zəhərləndi

Dünya

09.05.2025 03:45

12

Türkiyədə beşmərtəbəli yaşayış binasında yanğın nəticəsində 11 nəfər tüstüdən zəhərlənib.

TodayPress “Haber Global”a istinadən xəbər verir ki, hadisə Malatya şəhərində, Turqut Özal Məhəlləsində qeydə alınıb.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları, yanğınsöndürənlər cəlb olunub.

Zəhərlənənlərə ilkin tibbi yardım göstərilib. Yanğın söndürülüb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

tag: Türikiyə, Bina, Tüstü, Malatya, todaypress.az,