Türkiyədə bina uçdu, dağıntılar altında qalanlar var
Dünya
24.01.2025 22:24
Türkiyənin Konya vilayətində üçmərtəbəli
bina uçub.
Todaypress xəbər verir ki, bu barədə Türkiyə
KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə Səlçuqlu rayonunda qeydə alınıb.
Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb
olunub.
Öz növbəsində, DHA agentliyi iki nəfərin xilas
edildiyini, lakin daha bir neçə nəfərin dağıntılar altında ola biləcəyini
bildirib.
Hazırda axtarış tədbirləri davam etdirilir.
tag: Türkiyə, Konya, Bina, Uçqun, DHA, todaypress.az,