Türkiyədə atışma: 3 polis yaralandı
Dünya
21.11.2024 10:15
Türkiyənin İzmir şəhərində silahlı insident baş verib. Nəticədə üç polis əməkdaşı yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Aparılan araşdırma çərçivəsində 11 şübhəli saxlanılıb. İstintaq davam edir.
Məlumata görə, yaralanan polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki, noyabrın 20-də axşam saatlarında silahlı insidentin baş verdiyi əraziyə polis əməkdaşları göndərilib. Asayiş keşikçiləri hadisə yerinə çatanda onlara silahlı hücum olub. Hücum zamanı 3 nəfər yaralanıb.
tag: Türkiyə, Polis,İzmir, İstintaq,Silah, İnsident, todaypress.az,