Türkiyədə ard-arda zəlzələ oldu

Dünya

13.07.2024 12:45

Türkiyənin Kahramanmaraş, Ankara bölgələrində və Qara dənizdə zəlzələ olub.

TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, Qara dənizdə qeydə alınan zəlzələ 2,5, episentri Kahramanmaraşın Göksun rayonunda olan yeraltı təkanların gücü 3,1 bal, Ankarada baş verən zəlzələnin maqnitudası isə 1,8 bal müəyyən edilib.

İlkin məlumatlara əsasən, heç bir mənfi hal qeydə alınmayıb. 

Töhfə Səməd

tag: Türkiyə, Ankara, Qara Dəniz, Məlumat, Zəlzələ, todaypress.az,