Türkiyədə aksiyalar hələ də davam edir
İstanbul Böyükşəhər Bələdiyyəsinin
(İBB) sədri Əkrəm İmamoğlunun saxlanılması fonunda Türkiyədə etiraz
aksiyaları davam edir.
TodayPress xəbər verir ki, ötən gecə
keçirilən etirazların qarşısı polis tərəfindən su şırnaqları vasitəsilə alınıb.
Xatırladaq
ki, martın 19-da İstanbul bələdiyyəsi barəsində genişmiqyaslı korrupsiya
əleyhinə aparılan əməliyyat çərçivəsində İstanbulun meri Əkrəm İmamoğlu
saxlanılıb. Bunun ardınca İstanbul, Ankara, İzmir və digər şəhərlərdə etiraz
aksiyası keçirilib.
tag: Türkiyə,İstanbul,Əkrəm İmamoğlu, Aksiya, Etiraz, todaypress.az,