Türkiyədə ağır zəncirvari qəza: ölən və yaralananlar var

Dünya

26.01.2025 10:15

Türkiyənin İstanbul şəhərində zənzirvari qəza olub.

TodayPress xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. 

Hadisə Esenler rayonunda qeydə alınıb.

Bildirilib ki, motosiklet, mikroavtobus və üç avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha doqquz nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

tag: Türkiyə,İstanbul,Esenler ,Ölən, Yaralanan,todaypress.az,