Türkiyədə ağır yol qəzasında 3 nəfər öldü

Dünya

14.12.2024 03:34

Türkiyənin Tokat şəhərinin Turhal rayonunda bir avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində üç nəfər ölüb.

TodayPress xəbər verir ki, bu barədə ölkənin “TRT Haber” telekanalı məlumat yayıb.

Bildirilib ki, minik avtomobilini idarədən çıxaraq ağaca çırpılıb və sonra da aşıb. Qəzada sürücü və nəqliyyat vasitəsindəki iki sərnişin həlak olub.

Hadisə yerinə polis, təcili yardım briqadaları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Türkiyə, Qəza, Ölüm,Tokat, Avtomobil, todaypress.az,