Türkiyədə ağır yol qəzası olub, xəsarət alanlar var

Dünya

11.09.2024 05:04

Türkiyənin Bursa şəhərinin Mustafakamalpaşa rayonunda ağır yol qəzası olub.

Bu barədə TodayPress yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım, jandarm qüvvələri cəlb edilib.

Yaralılar xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, qəzaya avtomobillərdən birinin idarəetmədən çıxması səbəb olub. Zərərçəkənlərin kənd təsərrüfatı işçiləri olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

tag: Türkiyə, Bursa,Qəza, Hadisə,Ölüm,Yaralı,todaypress.az,